The New York Times 2019-cu ildə dünyanın görülməsi gərəkən 52 yeri arasında Batumiyi də adlandırdı
The New York Times 2019-cu ildə dünyanın görülməsi gərəkən 52 yeri arasında Batumiyi də adlandırdı

Amerikan nəşriyyatı The New York Times 2019-cu ildə dünyanın görülməsi gərəkən 52 yeri arasında Batumiyi də adlandırdı

Gürcüstanın dəniz kənarındaki şəhər qeyd olunan siyahıda 38-ci yerdədir.

“Son on ildir Gürcüstanın cazibəli paytaxtı Tbilisi turistlərlə dolmağa davam edir, ancaq Batumi – yaşıl dağları olan sakit bir sahilyanı şəhərdir, hansı ki, turistlərə fərqli bir təcrübə təklif edir. Rus, İranlı, türk və İsrailli turistlər üçün populyar olan şəhər indi dünyanın digər ölkələri tərəfindən kəşf edilməyi gözləyir” – deyilir məqalədə.

The New York Times tərəfindən seçilən yerlərin reytinqində ilk onluq belə görünür: Puerto-Riko, Hamp (İndiya), Santa-Barbara, Panama, Münhen, Eilat, Setouç adaları (Yaponiya), Aalborq (Daniya), Azor adaları (Portuqaliya), Ontario buz mağaraları (Kanada).