Batumidə heykəltəraş etiraz əlaməti olaraq, saçının yarısını keçəllədi
Batumili heykəltəraş etiraz əlaməti olaraq, saçının yarısını keçəllədi.
Temur Maxaradze Batumi meriyasını müəllif hüquqlarını pozmaqla ittiham edir.
Söhbət 9 aprel memorialından gedir, hansı ki, yaxın günlərdə sahil parkında qoyulacaq.
Eskizin müəllifi Temur Maxaradzedir, lakin Batumi meriyası tərəfindən elan edilən tenderə əsasən, memorialı müəllif deyil başqa bir şirkət qoyacaq.
Heykəltaraş bu məsələyi etiraz edir və meriyadan müvafiq reaksiya gözləyir.
Temur Maxaradzenin dediyinə görə, müəllif hüquqlarının pozulması ilə yanaşı, eskizin formasının dəyişdirilməsi də ehtimal olunur.