Batumidə buz meydanı və üzmə havuzu tikiləcək
Batumidə buz meydanı və üzmə havuzu tikiləcək

Acaranın Maliyyə və İqtisadiyyat Nazirliyi Batumi şəhərində qapalı idman kompleksinin – buz arenası və üzmə havuzu layhəsinin hazırlanması və tikilməsi üçün maraq elan etdi.

Lado Asatiani küçəsində yerləşən ərazidə qapalı idman kompleksinin inşaatı başladı.

Kompleksin tam ərazisi 16 000 m², buz meydanı – 10500 m2, havuz isə, 5500 m2 olacaq.

Üzmə havuzu yarışmaların keçirilməsi üçün nəzərdə tutulur və 1000 nəfərlik izləyici tribunası olacaq.

İdman kompleksi məhdud fiziki qabiliyyətli şəxslər üçün də adaptə ediləcək.

Layihənin ehtimal olunan qiyməti  46 000 000 lari olacaq.

İnşaat işləri isə, iki il müddətində başa çatmalıdır.