Baş nazir və NDİ-ın prezidenti müvəffəqiyyətli əməkdaşlıq məsələlərini, regional və ölkədəki problemləri müzakirə etdilər
Gürcüstan və ABŞ-ın milli demokratik institutu arasındaki müvəffəqiyyətli əməkdaşlıq məsələləri, regional və ölkədəki problemlər Gürcüstanın baş naziri və NDI-ın direktoru Derek Mitçelin görüşü zamanı müzakirə edilidi.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı əsas diqqət son illərdə Gürcüstan iqtidarı və NDİ və digər institusiyalar səviyyəsindəki müvəffəqiyyətli əməkdaşlıq məsələlərinə yetirildi.
Giorgi Qaxaria regionda mövcud olan çağırışlar və baş verən hadisələrlə bağlı, Gürcüstanın regiondaki rolu haqqında danışdı.
Görüşdə həmçinin, qeyd olundu ki, Gürcüstan iqtidarı və NDİ arasındaki müvəffəqliyyətli əməkdaşlıq dinamikası davam edəcək və gələcəkdə də daha çox əhəmiyyəti olan birgə layihələr həyata keçiriləcək.
Görüşdə Gürcüstanın iqtidar administrasiyasının rəhbəri Kaxaber Kemoklidze də iştirak edirdi.