Cürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Giorgi Çanturianın vəfatı ilə bağlı üzüntüsünü bildirdi.
“Giorgi Çanturianın ölümü ilə bağlı dərin üzüntülərimi bildirmək istəyirəm. Cənab Gia, böyük təcrübə sahibi olan, həqiqi bir professiyonal idi və hər zaman ölkədə baş verən proseslərə qoşulurdu.
Böyük strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Erzurum kimi layihələrin həyata keçirilməsində Gia Çanturianın qatqısı böyükdür.
Giorgi Çanturianın ailəsinə və yaxınlarına baş sağlığı diləyirəm” – deyilir baş nazirin baş-sağlığı məktubunda.