Gia Çanturia vəfat etdi

Gürcüstanın beynəlxalq neft korporasiyasının sabiq rəhbəri Giorgi Çanturia uzun sürən xəstəlik nəticəsində həyatını itirdi.

Bu barədə məlumatı onun yaxınları verdilər.

Giorgi Çanturia 1957-ci ildə anadan olmuşdu.

1989-cu ilə qədər dövlət strukturlarında rəhbər vəzifələrində işləyib.

Paralel olaraq isə, elmi-pedaqoji fəaliyyət aparırdı.

1992-1993-cı illərdə Azərbaycanda, Amerika, Böyük Britaniyada, Almaniyada, İsveçrədə və İsraeldə fövqəladə diplomatik missiya yerinə yetirirdi.

1996-cı ildə Gürcüstanın Azərbaycan Respublikasındaki səfiri idi.

1996-cı ildən sonra isə, Gürcüstan prezidentinin fövqəladə səlahiyyətli şəxsi və Gürcüstanın Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.

Son dövrdə, Gia Çanturia Azərbaycanda işləyirdi.