Baş nazir ABŞ-ın aparıcı investisiya fondlarının rəhbərləri ilə potensial investisiya layihələrini müzakirə etdi
Gürcüstanın baş naziri, Giorgi Qaxariya ABŞ-ın aparıcı investisiya fondlarının rəhbərləri ilə potensial investisiya layihələrini müzakirə etdi.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət ölkədə mövcud olan əlverişli investisiya mühitinə aid oldu.
ABŞ-ın aparıcı investisiya fondlarının birinci şəxslərindən ibarət nümayəndə heyətinə “MizMaa Ventures”-in həmtəsisçisi və baş partnyoru İits Eplbaum rəhbərlik edir.
Gürcüstanın tranzit və logistik haba çevrilməsi potensialına xüsusi diqqət yetirildi. Rəqəmsal texnologiyalar və təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdilər.