“Myway Airlines” Barselonada olan Gürcüstan vətəndaşlarının ölkəyə qaytarılması üçün bugün çarter reyslərini həyata keçirəcək.
Aviaşirkətin məlumatına görə, reyslə Gürcüstana 170 vətəndaş gətiriləcək.
Təyyarə İspaniya istiqamətinə bugün saat 11:55-da uçur və 22:25 geri qayıdır.
Gürcüstana qayıdan vətəndaşlar 14 günlük məcburi karantindən keçirlər.