Bahreyndə terror aktının təşkilində şübhəli bilinən 116 nəfər yaxalandı
Bahreyndə Təhlükəsizlik Xidməti terror aktının təşkilində şübhəli bilinən 116 nəfəri yaxaladı, – bu barədə məlumatı krallığı DİN-in mətbuat xidməti yayır.
Yayılan bəyanatda deyilir ki, terrorçular Bahreynin rəsmilərinə hücumu planlaşdırırdılar.
Onların hədəfini həmçinin neftobyektləri və ölkə iqtisadiyyatına zərər vermək təşkil edirdi.
Yaxalananlar arasında 3 nəfər güman edildiyinə görə, liderdir. Silah anbarıda aşkar edilib.