Azərbaycanın Xarici İşlər Naziri - Gürcüstan və Azərbaycan arasında həll edilməyən məsələlər yoxdur, əminəm ki, yaxın gələcəkdə delimitasiya məsələsi də həll olunacaq

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun bəyanatına görə, Gürcüstan-Azərbaycan arasında sərhədin delimitasiyası məsələsi ilə bağlı hər iki tərəfin komisiyaları işləyirlər.

Onun dediyinə görə, komisiyalar arasında növbəti görüş, 2020-ci ildə pandemiyaya görə baş tutmadı.

Ceyhun Bayramovun dediyinə görə, bənzər məsələlərin müzakirəsi müddətində, mütəxəssislərin azad mühitdə işləmələri üçün müvafiq şəraitlər yaradılmalıdır.

“Ümid edirik ki, delimitasiya məsələsi müvafiq komisiyalar tərəfindən tez zamanda həll olunacaq. Bu istiqamərdə tədqiqatlar  davam edir və məsələ ilə bağlı spekulyasiyalar sadəcə olaraq, komisiyanın işinə mane olur. Hər iki ölkənin vətəndaş cəmiyyətinə müraciət edirəm ki, bu məsələ ilə bağlı daha diqqətli olsunlar.

Məsələ ilə bağlı verilən bəyanatlar ölçülü olmalıdır ki, iki ölkə arasındaki vəziyyət gərginləşməsin.

Əminəm ki, bu məsələ yaxın gələcəkdə həll olunacaq” – deyib Azərbaycanın Xarici İşlər Naziri.