Azərbaycan parlamentinin sədri Arçil Talakvadzeyi yenidən parlamentin sədri seçilməsi münasibəti ilə təbrik etdi
Azərbaycan parlamentinin sədri Sahibə Qafarova Arçil Talakvadzeyi yenidən parlamentin sədri seçilməsi münasibəti ilə təbrik etdi.
“Sizi səmimi qəlbdən təbrik edirəm və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram” – deyilir təbrik məktubunda.
Öz təbrik məktubunda Sahibə Qafarova qeyd edir ki, Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji parntnyorluq son illərdə daha böyük templərlə inkişaf edir.
“İnanıram ki, parlamentlərarası əməkdaşlıq xalqlarımız arasındaki dostluq münasibətlərinin daha da möhkəmlənməsinə stimul verəcək” – deyilir Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın təbrik məktubunda.
Bu haqda məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.