Professor Anna Dolidze həmfikirləri ilə bərabər, azarkeş oyunlara qarşı “Övladını qoru” adlı xalq kampaniyasına başlayır.
Anna Dolidze bu gün bu mövzu ilə bağlı brifinq keçirdi və Gürcüstan parlamentinə müraciət etdi ki, qeyd olunan problemlə bağlı ictimai diskussiya keçirilsin.
“Bu mövzuya görə narahat olan və onun üzərində işləyən təşkilatlar və insanlar yığıldıq və azarkeş oyunlara qarşı mübarizəyə başlayırıq. Bilirəm ki, Gürcüstanda bu problemin narahat etdiyi bir çox insan var və onlara müraciət edirik ki, bizə qoşulsunlar” – deyir Anna Dolidze.
Kampaniaya “Sağlamlıq haqqında təhsil fondu“-nun nümayəndəsi Giorgi Baxturidzedə qoşuldu.
Onun dediyinə görə, problemin aradan qaldırılması üçün bir neçə addımın atılması gərəkdir.
Konkret tələblərimiz var: bunlar reklamın, populyarizasiyanın və sponsorluğun tamamilə qadağan edilməsi, həmçinin onlain oyunların bağlanması, oynayanların yaşının 25-ə qədər artırılması və növbəti mərhələdə bu biznesin maksimum iki regiona köçürülməsidir” – dedi Giorgi Baxturidze.