Azartlı oyunlara YOX deyirik! - Gürcüstanın Birinci Kanalının yeni kampaniyası #təhlükəsiz medya
Gürcüstanın Birinci Kanalı azartlı oyunların populyarizasiyasına qarşı “Azartlı oyunlara YOX!” adlı kampaniya başlatdı.
Gürcüstanın Birinci Kanalı təhlükəsiz medya olaraq, oyun biznesinin reklamını 2020-ci ildən artıq efirə buraxmayacaq və bu haqda bəyanatı kanalın rəhbərliyi 2019-cu ilin oktyabrın 30-da rəsmi olaraq, vermişdi.
Təhlükəsiz medya konsepsiyası ailələr və ailə üzvləri üçün təhlükəsiz, yoxlanılmış, doğru və faydalı məlumat təmin edən tele-efirin təqdim edilməsini nəzərdə tutur.
Gürcüstanın Birinci Kanalı izləyiciyə məhz belə bir kontenti təklif edir.
Birinci Kanalının baş direktoru Vasil Mağlaperidzenin dediyinə görə, kampaniya gələcəkdə daha da genişləndiriləcək.
“Birbaşa deyilməlidir ki, azartlı oyunlar ölkəmizi narahat edən sancılı problemdir və onunla mübarizəyə bizim də qatqımız olsun istəyirik. Ümid edirik ki, cəmiyyət birləşib, el birliyi ilə, bu problemi aradan qaldıra biləcək” – dedi Vasil Mağlaperidze.