Avstraliya polisi bəyan edir ki, sürücü insanların üstünə maşını qəsdən sürdü
Avstraliyanın Melburn şəhərində sürücü insanların üstünə maşını qəsdən sürdü. BBC-nin məlumatına görə, bu barədə Viktoriya ştatının polisi bəyan etdi.
“Bu mərhələdə hesab edirik ki, bu məqsədyönlü hərəkət idi. Motivlər hələlik məlum deyil. istintaq ilkin mərhələdədir”, – polisin bəyanatında deyilir.
Avstraliya mediyasının məlumatına görə, baş verənlərlə əlaqədar ki nəfər yaxalanıb. Onlardan biri maşının sürücüsüdür. Yaxalananlara hələlik ittiham irəli sürülməyib.
Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, 13 nəfər xəstaxanaya yerləşdirilib. Bir neçə nəfərin, o cümlədən az yaşlının durumu ağırdır.
Hadisə yerli vaxtla saat 16:30-da, Melburnun mərkəzində baş verdi.