Avstraliya iqtidarı Donbassda baş verən fəlakətin istintaqı üçün 50 milyon dollar ayıracaq
Avstraliya iqtidarı Donbassda baş verən fəlakətin istintaqı üçün 50 milyon dollar ayıracaq

Avstraliya iqtidarı Donbassda МН17 ilə bağlı baş verən qəzanın istintaqı üçün 50 milyon dollar ayıracaq.

Bu barədə məlumatı Avstraliyanın Xarici işlər Nazirliyi yayır.

Malaiziya avia-xəttlərinə aid olan Boinq 777, hansı ki, Amsterdamdan Kualalumpur istiqamətinə reys həyata keçiriridi, Donetsk əyalətində 2014-cü ilin iyulun 17-də göydən düşürüldü.

Qəza zamanı təyyarənin bortunda 298 nəfər var idi. Onların hamısı həlak oldu.

Həlak olanların əksəriyyəti Hollandiya, Malayziya və Avstraliya vətəndaşları idilər.

Boinqin düşürülməsinin istintaqını Beynəlxalq Müstəntiqlər Qrupu həyata keçirir.

Onların məlumatına görə, təyyarə buk tipli raket kompleksi ilə düşürülüb, hansı ki, ukraynanın şərq regionuna Rusiyadan gətirilmişdi.

İstintaq qrupu Avstraliya, Belçika, Malaiziya, Ukrayna və Hollandiya nümayəndələrindən ibarətdir.