Avstraliyada ötən gecə ərzində koronavirusun 85 yeni halı aşkar edildi
Avstraliyada ötən gecə ərzində koronavirusun 85 yeni halı aşkar edildi

Avstraliyada ötən gecə ərzində koronavirusun rekord göstəricisi, 85 yeni halı aşkar edildi. Bu cür göstərici ölkədə 11 apreldən sonra qeydə alınmayıb.

Xüsusi olaraq ağır durum Viktoriya ştatındadır. Burada son buir gün ərzində virusun 75 halı aşkar edildi. Məlumatı “Reuters” agentliyi yayır.

Virusun yayılmasından bu günə qədər, Avstraliyada koronavirusun 7 800 halı təsdiq olunub, 104 insan vəfat edib.