Avroparlament "Şərq partnyorluğu" haqqında rezolyusiyayı təsdiqlədi, hansında Avropa İttifaqı Şurasına müraciət edir ki, Gürcüstana genişləndirilmiş əməkdaşlıq strategiyasını təklif etsin

Avroparlament “Şərq partnyorluğu” haqqında rezolyusiyayı təsdiqlədi, hansında Avropa İttifaqı Şurasına müraciət edir ki, Gürcüstana genişləndirilmiş əməkdaşlıq strategiyasını təklif etsin.

Plenar iclasda keçirilən səs vermədə sənədi 507 deputat dəstəklədi, əleyhinə isə, 119 səs verildi, yenə 37 nəfər səs verməkdən baş qaçırtdı.

Sənəddə qeyd olunur ki, “Şərq partnyorluğunun” proqramı Avropa İttifaqının üzvlüyünü almaq deyil, ancaq “Şərq partnyorluğu” proqramı Avropa İttifaqına inteqrasiya prosesini tezləşdirə bilər.

Sənəddə həmçinin deyilir ki, “Şərq partnyorluğu” cazib bir əməkdaşlıq platforması olmalıdır.

Avroparlamentin üzvləri Avropa İttifaqının üzvlərinə müraciət edirlər ki, individual yanaşma çərçivəsində, üç asosiyasiyalı partnyora – Gürcüstana, Moldovaya və Ukraynaya geniş əməkdaşlıq strategiyasını təklif etsinlər.

Avroparlament Avropa İttifaqına müarciət edir ki, “Şərq partnyorluğu”-nun üzv ölkələri ilə ortaq iqtisadi məkanın yaradılması prosesi başlasın.

Rezolyusiyada həmçinin söhbət həmçinin “Şərq partnyorluğu” ölkələri və Avropa İttifaqı arasında strateji əməkdaşlığın gücləndirilməsi üçün daha dərin inteqrasiya üçün mütləq olan tədbirlərin qəbul edilməsi haqqında söz edilir.