Avropanın ən təhlükəsiz səyahət istiqamətləri reytinqində Tbilisi birinci yeri tutur

 

Avropanın 20 ən təhlükəsiz səyahət istiqamətləri ilə bağlı  European Best Destinations tərəfindən dərc olunmuş reytinqdə Tbilisi birinci yeri tutur.Covid 19 nöqteyi nəzərdən məhz Tbilisi Avropanın ən təhlükəsiz istiqaməti olaraq adlandırıldı.

“Tbilisi Covid 19-dan ən az zərər görmüş  ölkələrdən biri olan Gürcüstanın paytaxtıdır. Gürcüstan çox tez reaksiya verdi və müvafiq tədbirlər gördü ki,bu da epidemiyanın son dərəcə aşağı səviyyədə qalması üçün imkan yaratdı.

Ölkə iyulun 1-də sərhədlərini beynəlxalq ziyarətçilər üçün açır ,müvafiq olaraq səyahət edənlərin və öz vətəndaşlarının sağlamlığını qorumaq və onlara Gürcüstanda təhlükəsiz tətil etmək imkanı yaratmaq  üçün təhlükəsizlik standartlarını tətbiq edir.

Dünya pandemiyasından sonra çoxumuz yeni təcrübə qazanmaq istəyirik və Tbilisi  tam olaraq bizə lazım olandır: keçmişin, bu günün və gələcəyin, mədəniyyətin və asudə vaxtın ən  mükəmməl bir şəkildə  bir araya gəldiyi   yer. Gürcüstanın paytaxtı heç vaxt 2020-ci ildə olduğu kimi trend olmayıb.Bu mədəniyyət, qastronomiya, müxtəliflik və memarlıq həvəskarları üçün ideal səyahət istiqamətidir. Şəhərdə gəzərkən “WOW” effektinə  zəmanət verilir.

Tbilisi yaz və yay aylarında, təbiətin oyandığı vaxt  və həmçinin  qışda minlərlə rəngarəng Milad işıqları və   dekorasiyalar  fonunda cəlbedicidir “, -deyə  təşkilatın yaydığı məlumatda  deyilir.

Yeddinci yeri tutan Batumi şəhəri də həmçinin reytinqə düşüb.

Məlumatı Tbilisi meriyası yayıb.

 

Hazırladı-Sevinc Mustafayeva