Avropa Yayımları Birliyinin (EBU) baş direktoru Noel Kuran Vasil Mağlaperidzeyə minnətdarlığını bildirir
Avropa Yayımları Birliyinin (EBU) baş direktoru Noel Kuran Vasil Mağlaperidzeyə məktub göndərərək, İctimai Yayımçının onun direktor olduğu müddətdə əldə etdiyi uğurlara görə təşəkkürünü bildirir.
Noel Kuran məktubda qeyd edir ki, Vasil Mağlaperidzenin rəhbərliyi dövründə İctimai Yayımçı öz simasını dəyişib, yeni tamaşaçı cəlb edib və Gürcüstanda İctimai Yayımçının əhəmiyyətini vurğulayıb.
” Hörmətli Vasil, İctimai Yayımçın baş direktoru vəzifəsindən istefa etmək barədə verdiyiniz qərar bizə məlumdur. Avropa Yayımları Birliyi adından ,rəhbərliyiniz dövrdə əldə etdiyiniz uğurlar və İctimai Yayımçıya qoyduğunuz mirasa görə sizi təbrik edirəm.
Son üç il ərzində İctimai Yayımçı öz imicini dəyişdi, proqram şəbəkəsini zənginləşdirdi, güclü rəqəmsal və onlayn yayım quraraq , inkişaf etdirdi, yeni tamaşaçı cəlb etdi və Gürcüstanda İctimai Yayımçının əhəmiyyətini vurğuladı. Mürəkkəb və çağırışlarla dolu ilin başlanğıcında İctimai Yayımçının dəyərli və etibarlı məzmun çatdırmaq məqsədi ilə , təhsil məzmunu da daxil olmaqla ciddi addımlar atdığına şahid olduq , bu da təcridin xüsusi şəraitində yaşamalı olan ictimaiyyət üçün həyatı önəm daşıyırdı.
Gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayır və inanıram ki, İctimai Yayımçı mövcud nailiyyətlərinə əsaslanaraq tam hüquqlu ictimai yayımçı yolunda səylərini sürdürəcək.
Həmçinin ,sizləri əmin etmək istərdim ki, Avropa Yayımları Birliyi və üzv ölkələr arasında xüsusi hörmətə malik Tinatin Berdzenişvili baş direktor öhdəliklərini icra edərkən tam dəstəyimizi görəcək” –deyə Noel Kuranın məktubunda qeyd olunub.
Hazırladı-Sevinc Mustafayeva
