Avropa Şurasının həm-məruzəçiləri - Siyasi qüvvələrə müraciət edirik ki, növbəti seçkilərə qədər konstitusiya dəyişikliklərini təsdiqləmənin yollarını axtarsınlar
Avropa Şurasının Parlament Assambleyasının monitorinq qrupunun həm-məruzəçiləri Titus Korlatini (Rumıniya) və Klod Kerni (Fransa), Gürcüstanda proporsiyonal seçki sisteminə keçiş haqqında qanunlayihənin parlament tərəfindən qəbul edilməməsinə görə, narahat olduqlarını bildirirlər.
Bu barədə onlar tərəfindən yayılan bəyanatda deyilir.
“Bu qanunlayihənin dəstəklənmədiyinə görə, təəssüflənirik. Bütün maraqlanan şəxslər arasında konsensunsa nail oldunduğu halda, bu sistemin qəbul edilə bilməməsi qəribədir. Bu inkişafdan geriyə doğru atılan bir addımdır. Siyasi qüvvələrə müraciət edirik ki, növbəti seçkilərə qədər konstitusiya dəyişikliklərini təsdiqləmənin yollarını axtarsınlar” – deyilir bəyanatda.