Avropa Şurası Gürcüstan üçün maliyyə yardımı olaraq 150 milyon avro miqdarında vəsaitin ayrılmasını dəstəkləyib

Avropa Şurası Qonşuluq Siyasəti çərçivəsində Gürcüstan üçün maliyyə yardımı olaraq 150 milyon avro miqdarında vəsaitin ayrılmasını dəstəkləyib.Bu barədə məlumat Avropa Şurasının veb səhifəsinə yerləşdirilib. Yayılmış məlumata əsasən,3 milyard avro miqdarında makro-maliyyə yardımı cəmdə Avropa Birliyinin Qonşuluq Siyasətində iştirak edən 10 ölkəyə göstəriləcək. Maliyyə yardımının məqsədi ölkələrin “Covid-19” -un yaratdığı iqtisadi problemləri aradan qaldırmasına xidmət edir. Maliyyə yardımı təcili maliyyə ehtiyyaclarını ödəmək üçün yönləndiriləcək ki, ölkələrin makro-iqtisadi sabitliyini gücləndirmək mümkün olsun. Vəsait on iki ay ərzində əlçatan olacaq və iki mərhələ şəklində veriləcək. Qərar qüvvəyə minməzdən əvvəl Avropa Parlamenti və Şura tərəfindən təsdiqlənməlidir. Avropa Komissiyası maliyyə yardımının təşəbbüskarı idi. Təşəbbüsə əsasən, Albaniya üçün 180 milyon avro , Bosniya və Herseqovina üçün 250, İordaniya üçün 200, Kosovo üçün 100, Moldova üçün 100, Monteneqro üçün 60, Şimali Makedoniya Respublikası üçün 160, Tunis üçün 600 , Ukrayna üçün 1.2 milyard avronun ayrılması nəzərdə tutulub.