Avropa Sərmayə Bankının vitse-prezidenti - Gürcüstanda yollar və estakadaların tikintisini bu il təxminən 200 milyon avro ilə maliyyələşdiririk
Avropa Sərmayə Bankının vitse-prezidenti - Gürcüstanda yollar və estakadaların tikintisini bu il təxminən 200 milyon avro ilə maliyyələşdiririk

Avropa Sərmayə Bankının vitse-prezidenti, Vazil Hudakın bəyan etdiyinə görə, Gürcüstanla əməkdaşlığın əsas istiqamətlərindən biri, cari il də yol infrastrukturunun tikintisi olacaq.

Vazil Hudakın Vaşinqtonda Birinci Kanala bəyan etdiyinə görə, maliyyə təşkilatı yalnız yol infrastrukturunu, xüsusilə də mərkəzi maqistralların tikintisini, 200 milyon avro ilə maliyyələşdirəcək

Mamuka Baxtadze Avropa Sərmayə Bankının vitse-prezidenti ilə, Vaşinqtonda Dünya Bnkı və Beynəlxalq Valyuta Fondunun illik yaz görüşləri çərçivəsində görüşdü.

Tərəflər əməkdaşlığın bir neçə istiqaməti barəsində söhbət etdilər, o cümlədən kiçik və orta biznesin inkişafı barəsində.

Vazil Hudakın bəyan etdiyinə görə, Avropa Sərmayə Bankı Gürcüstanda bu istiqamətlə də işləməyə maraqlıdır.

Avropa Sərmayə Bankının vitse-prezidenti jurnalistlərlə söhbəti zamanı əməkdaşlığın daha bir istiqamətinə – paytaxt və başqa şəhərlərin müasir mülki nəqliyyat ilə təmin edilməsi istiqamətinə xüsusi diqqət yetirdi.