Avropa Parlamentində bu gün Gürcüstan tərəfindən assosiyasiya razılaşmasının yerinə yetirilməsi hesabatını müzakirə edəcəklər
Avropa Parlamentində, plenar sessiyada bu gün Gürcüstan tərəfindən assosiyasiya razılaşmasının yerinə yetirilməsi hesabatını müzakirə edəcəklər. Bu barədə məlumat Avropa Parlamentinin rəsi gündəmində dərc olunub. Hesabatın müəllifi Avropa Parlamentinin deputatı, Andres Mamikinsdir.
Hesabatda Gürcüstanın assosiyasiya razılaşmasının yerinə yetirilməsi səviyyəsi dyərləndirilib. Hesabat Gürcüstan hakimiyyəti nümayəndələri, müxalifət liderləri və mülki ictimaiyyətin nümayəndələri, həmçinin Avropa Komissiyasının, Avropa İttifaqının və Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvlərinin görüşü əsasında hazırlandı.
Hesabatda deyilir ki, Avropa Parlamenti Gürcüstana islahatların keçirilməsi prosesində yardım etməyə hazırdır.
Həmçinin hesabatda, münaqişənin sülh yolu ilə həll olunmasında Gürcüstan siyasətinə dəstək qeyd olunubdur. Qətnamənin müllifləri Gürcüstanın cəhdlərini ki, Rusiya ilə dialoq qorunub saxlanılsın, alqışlayırlar.
Qətnamə layihəsində Gürcüstan, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baxımından Avropa İttfaqının önəmli partnyoru kimi xatırlanıb.