Avropa Parlamenti seçkilərinin ilkin nəticələrinə görə, ən böyük blok "Avropa Xalq Partiyasıdır"
Avropa Parlamenti seçkilərinin ilkin nəticələrinə görə, ən böyük blok "Avropa Xalq Partiyasıdır"

Avropa Parlamenti seçkilərinin ilkin nəticələrinə görə, ən böyük blok “Avropa Xalq Partiyasıdır”. Nəticələr göstərir ki, 751 yerlik Avropa Parlamentində “Avropa Xalq Partiyası” blokunun 179 mandatı olacaq.

2014-c ilin seçkilərində, “Avropa Xalq Partiyasının” 216 mandatı var idi. İlkin göstricilərə görə, ikinci yerdə “Sosialistlər və Demokratlar” blokudur. Güman edildiyinə görə, blok 150 mandat əldə edəcək. 2014-cü ildə “Sosialistlər və Demokratlar” 191 yer qazanmışdılar.

Üçüncü yerdə “Alde” liberal qrupudur. Hazırda qrup 107 yer götürəcək.

Seçkilərdə əhəmiyyətli tərəqqiyə yaşıllar nail oldular. Öncəki seçkilərdə onların 50 mandatı var idi, indi isə, 70 yeri götürəcəklər.

Analitiklərin proqnozuna görə, “Avropa Xalq Partiyası” “Böyük Koalisiyanı” yuxarıda deyilən blokların yardımı ilə yaradacaq.

Seçkilərdə fəallıq 51 faiz idi və son 20 il ərazində ən yüksək nəticədir.