Avropa İttifaqının Xarici İşlər Nazirləri Gürcüstanda parlament seçkiləri nəticəsində yaranan vəziyyəti müzakirə edəcəklər

Avropa İttifaqının Xarici İşlər Nazirləri Gürcüstanda parlament seçkiləri nəticəsində yaranan vəziyyəti müzakirə edəcəklər.

Bu barədə məlumat Avropa İttifaqı tərəfindən yayılan gündəmdə verilib.

Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 7-də keçiriləcək və ona xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Avropa ittifaqının ali nümayəndəsi Cozef Borel rəhbərlik edəcək.

Avropa Şurasının rəsmi veb-səhifəsində yayılan məlumata görə, şura beynəlxalq siyasi hadisələri yekunlaşdıracaq: Gürcüstanda parlament seçkilərindən sonra yaranan vəziyyəti, Venesuelada parlament seçkilərini, Türkiyəilə bağlı hadisələri və insan hüquqları məsələlərini müzakirə edəcək.

Avropa İttifaqının Xarici İşlər Nazirləri Avropa İttifaqı və ABŞ arasındaki əməkdaşlığın gələcək prioritetlərini və Çin tərəfindən, Honq-Konqda qəbul edilən təhlükəsizlik haqqında qanunun nəticələrini müzakirə edəcəklər.