Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatından Gürcüstan böyük miqdarda tibbi qorunma vasitələri aldı

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulan tibbi personala yeni partiya qoruyucu vasitələr verəcək.

Avropa İttifaqı missiyasında bəyan edirlər ki, Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatından bu vaxta qədər Gürcüstan böyük miqdarda tibbi qorunma vasitələrini aldı.

1.5 milyona qədər şəxsi qorunma vasitəsinin alınması Avropa İttifaqının Maliyyələçdirilməsi ilə baş tutdu.

Bunlara 5,000 tibbi kombinezon, 13,200 qoruyucu gözlük,  30,000 izolyasiya xalatı, 1,000,000 tibbi  maska 328,000 respirator daxildir.