Avropa İttifaqı sərhədlərini açacağı ölkələrin siyahısını yaydı, onların arasında Gürcüstan da var
Avropa İttifaqının üzvləri, Avropa İttifaqının sərhədlərini açıqb qəbul edəcəyi ölkələrin siyahısını yaydılar və onların arasında Gürcüstan da var.
“Avronyus” Avropa İttifaqının diplomatik mənbəsinə istinadən yazır ki, 15 ölkədən ibarət olan siyahı kifayət qədər səs topladı və rəsmi olaraq, iyulun 1-də elan olunacaq.
“Avronyus”-un məluyatına görə, qeyd olunan siyahıya ABŞ, Rusiya və Braziliya Daxil olmadılar.
Medya vasitələrinin məlumatına görə, siyahıya Çin də düşüb, ancaq Çinin də Avropa İttifaqı vətəndaşları üçün sərhədinin açması şərti ilə.
“Avronyus” tərəfindən yayılan siyahı belədir: Gürcüstan, Monteneqro, Serbiya, Kanada, Uruqvay, Əlcəzayır, Tunis, Maroko, Ruanda, Avstraliya, Zelandya, Yaponiya, Cənubi Koreya, Tayland və Çin.