Avropa İttifaqı ölkələrindən qayıdan Gürcüstan vətəndaşları 14 günlük karantindən keçəcəklər
Avropa İttifaqı ölkələrindən qayıdan Gürcüstan vətəndaşları 14 günlük karantin müddətini keçəcəklər.
Bu barədə bəyanatı baş nazirin mətbuat katibi İrakli Çikovani bugün keçirdiyi brifinqdə verdi.
“Həmçinin, çox vacibdir ki, vətəndaşlarımız Avropa İttifaqının üzv ölkələrinin sərhədlərin açılması ilə bağlı qaydalarını nəzərə alsınlar” – dedi İrakli Çikovani.
Gürcüstan Avropa İttifaqının bir neçə ölkələri üçün sərhədlərini açır.
İrakli Çikovaninin bəyanatına görə, bu ölkələr: Almaniya, Fransa, Latviya, Litva və Estoniyadır.