"Avropa Gürcüstanının" üzvləri Ozurgetinin majoritar deputatının bürosunun qapısına kilid asmaq istədilər [Foto-Video]

Ozurgeti rayonunun majoritar deputatının bürosunun yanında qarşıdurma baş verdi.

“Avropa Gürcüstanının” üzvləri majoritar deputatının bürosunun qapısına kilid asmaq istədilər, ancaq polis onlara mane oldu.

Büro binasında “Gürcü Arzusunun” üzvləri və bir neçə vətəndaş var idi və onlarla etirazçılar arasında kiçik qarşıdurma baş verdi.

Hazırda vəziyyət stabildir, ancaq hadisə yerində polis səfərbər olunub.