"Avropa Gürcüstanın" üzvünə Telavi majoritar deputatının bürosunun qapısına kilid qoymağa imkan verilmədi

“Avropa Gürcüstanı” partiyasının Telavi təşkilatının rəhbəri Lela Menteşaşvili Telavinin majotitar deputatı Gela Samxaraulinin bürosunun qapısına kilid qoymaq istəyirdi, ancaq orada səfərbər olan hüquqmühafizəçilər ona imkan vermədilər.

Lela Menteşaşvilinin dediyinə görə, o Telavi Sakrebulosunun, yəni icra hakimiyyətinin üzvüdür və binaya daxil olmaqla bağlı problemi olmayıb, ancaq bu gün deputatın bürosu polis tərəfindən qorunurdu.

“Kilid qoymaq simvolik xarakter daşıyan bir hərəkətdir. Əsas odur ki, ölkəyə qoyulan kilidin açarı pis və yalançı insanların əlindədir, hansılar ki, buna demokratiya deyirlər. Bu insanlar əhaliyi proporsiyonal seçkilərdən məhrum etdilər” – dedi Lela Menteşaşvilir.