"Avropa Gürcüstanı" parlament mandatı olan deputatların maaşları ilə bağlı bəyanat yayır
“Avropa Gürcüstanı” parlament mandatı olan deputatların maaşları ilə bağlı bəyanat yayır.
Partiyada bəyan edirlər ki, “Avropa Gürcüstanının” üzvləri Şalva Şavqulidze və Armaz Axvlediani parlamentin maliyyə departamentinə öz bank rekvizitlərini göndərməyiblər.
“Elene Xoştaria və Davit Bakradze əvvəlki çağırış parlamentinin üzvləri olduqlarına görə, onların hesablarına maaş köçürüldü. Elene Xoştaria ona köçürülən maaşı dövlət xəzinəsinə geri qaytardı, Davit Bakradze isə, parlament maaşını seçki qabağı xeyriyyə fəaliyyətinə xərclədi və yoxsul ailələrə yardım etdi” – deyilir partiyanın bəyanatında.
Partiyada bəyan edirlər ki, Tariel Nakaidze isə, öz maaşını Bidzina İvanişvilini rejiminə qarşı mübarizə aparan aktivistlərə verəcək.