"Avropa Gürcüstanı" MSK-ya parlament seçkiləri üçün partiya siyahısını təqdim etdi
“Avropa Gürcüstanı” MSK-ya parlament seçkiləri üçün partiya siyahısını təqdim etdi.
Bu haqda məlumatı partiyanın mətbuat xidməti yayır.
“Avropa Gürcüstanının” – Quriya majoritar namizədi Xatuna Qoqorişvilinin dediyinə görə, siyahıda namizədlərin ardıcıllığı müvəqqətidir və seçkilərdən sonra, partiya daxilindəki rəqabət nəticəsində, siyahı son formasını alacaq.
“Avropa Gürcüstanı” elə partiyadır, hansının əsas meyarı xalqın nə düşündüyüdür. Burdan irəli gələrək, gərar verdik ki, əvvəlki seçkilərdə olduğu kimi, siyahımızın ardıcıllığı müvəqqəti olsun. Seçkidə ən yaxşı nəticə alanlar, parlamentdə yer alacaqlar.
Siyahı 150 namizəddən ibarətdir. Hər üçüncü şəxs qadın namizəddir. Biz qadınlara deyil, kvotlaşmaya qarşıyıq. Bizim fikrimizlə seçkilərdə nə qədərinin siyasətdə olmaq istəyi varsa, o qədər qadın olmalıdır.
Avropa Gürcüstanının müvəqqəti siyahısı belədir:
Davit Bakradze, Şalva Şavqulidze, Elene Xoştaria, Armaz Axvlediani, Tariel Nakaidze, Xatuna Qoqorişvili, Sergi Kapanadze, İrma Nadiraşvili, Gigi Tsereteli, Bejan Butsxrikidze, Zaza Kedelaşvili, Nino Qoquadze, Akaki Boboxidze, Giorgi Bokeria, Lela Keburia, İrakli Abesadze, Otar Kaxidze, Mariam Raminaşvili, Serqo Ratiani, Malxaz Pataraia, Elene Ozaşvili, Giorgi Ğviliaşvili, Zurab Çiaberaşvili, Maia Katsitadze, İrakli Kiknavelidze, Giorgi Kandelaki, İrine Apxazava, Akmamed İmamquliev, Arsen Karapetyan, Mimoza Koxia.