"Avropa Gürcüstanı" Marneuli əhalisinə majoritar namizəd olaraq, Əhməd İmamquliyevi təqdim etdi

“Avropa Gürcüstanı” Marneuli əhalisinə majoritar namizəd olaraq, Əhməd İmamquliyevi təqdim etdi və əhaliyi partiyanın seçki proqramı ilə tanış etdi.

“Buraya nə qədər insanın gəldiyini və əhalinin əhval-ruhiyyəsini görürsünüz – əhali çox enerji dolu, müsbət və mübarizəyə hazırdır. Bu onu göstərir ki, iqtidar insanları təhdidlərlə qorxuda bilməyəcək. İstəmədikləri namizədlərə səs verib, xalqı ümidsizlikdə yaşamağa məcbur edə bilməyəcək.

Əhali dəyişiklik gözləyir. Əhval-ruhiyyəsi yaxşıdır. Bizim isə, məqsədimiz əhaliyə, ölkəyi irəli aparan dəyişikliklər təqdim etməkdir” – dedi partiyanın lideri David Bakradze.