Avlabari meydanı və "Avlabari" metrostansiyasının yerləşdiyi ərazi yenilənəcək
İsani rayonunda, Avlabari meydanının və “Avlabari” metrostansiyasının yerləşdiyi ərazinin abadlaşdırılması və yenilənməsi planlaşdırılır, – bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, layihəyə əsasən, “Avlabari” metrostansiyasının yerləşdiyi ərazidəki yaşıl divar, eləcə də Avlabari və İrəvan parkları abadlaşdırılacaq.
“Çariça Ketevan prospektinin reabilitasiyasına paralel olaraq, Avlabari meydanının və “Avlabari” metrostansiyasının yerləşdiyi ərazinin abadlaşdırılması istiqamətində işlər aparılacaq. Təbii daş materiallarla örtüləcək piyadalar üçün yer və yol ayırıcı adalar salınacaq. Həmçinin, meydanda müassir tipli LED lampaları quraşdırılacaq, stullar qoyulacaq, ot səpiləcək, suvarma sistemi quraşdırılacaq. Ərazi fiziki məhdudiyyətli şəxslər üçün tam uyğunlaşdırılacaq”- deyə Kaxa Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, qeyd olunan işlərin növbəti mərhələsi “Avlabari” metrostansiyasının tam bərpası olacaq.
“Sözü gedən layihənin növbəti mərhələsi “Avlabari” metrostansiyasının bərpası olacaq. Həm daxili stansiyanın, həm də xarici fasadın abadlıq işləri planlaşdırılır” – deyə Kaxa Kaladze bildirib.