Avqust müharibəsinin 12-ci ildönümü ilə bağlı, BMT Təhlükəsizlik Şurasının üzv ölkələri Gürcüstana dəstək bəyanatlar verirlər
Avqust müharibəsinin 12-ci ildönümü ilə bağlı, BMT Təhlükəsizlik Şurasının üzv ölkələri Gürcüstana dəstək bəyanatlar verirlər.
BMT Təhlükəsizlik Şurasının qapalı görüşündən sonra, Gürcüstanla bağlı Belçika, Estoniya, Fransa, Almaniya, ABŞ, Birləşmiş Krallıq, Norveç və İrlandiya birgə bəyanat yaydılar və daha sonra, həmin ölkələrin nümayəndələri Gürcüstanla bağlı dəstək bəyanatlarını sosiyal medyada yaydılar.
Avqustun 5-də keçirilən BMT Təhlükəsizlik Şurasında 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstanda mövcud olan vəziyyət müzakirə olundu.