Atlantik Şuranın Gürcüstana səfəri başladı [Foto]

​Şimali Atlantika Şurasının Gürcüstana səfəri başladı.

NATO baş katibinin müavini Rouz Qotemöller və şuranın digər üzvləri Batumi Beynəlxalq Hava limanına bir neçə dəqiqə öncə gəldilər.

Atlantik Şuranın üzvlərini Xarici İşlər Naziri Davit Zalkaniani, Acarıstan Muxtar Respublikasının sədri Tornike Rijvadze və Gürcüstanın NATO-daki səfiri Aleksandre Maisuradze qarşıladılar.

Xarici İşlər Nazirliyinin məlumatına görə, alyansın 29 daimi nümayəndəsindən ibarət olan heyyətə NATO baş katibinin müavini Rouz Qotemöller rəhbərlik edir.

Nümayəndə heyyətinin Gürcüstana səfəri çərçivəsində, baş nazirlə görüşlər keçiriləcək.

Həmçinin, NATO heyyəti yerli qeyri-hökümət təşkilatarı ilə də görüşəcək.

Səfər çərçivəsində, NATO baş katibinin müavini Batumi Dövlət Universitetində mühazirə oxuyacaq.