ATƏT-in baş katibi - Ümid edirəm ki, gürcü həkimi yaxın günlərdə sevdiklərinə qayıdacaq

ATƏT-in baş katibi Tomas Qreminger ümid bildirir ki, Sxinvali işğalçı rejimi tərəfindən həbs edilən gürcü həkimi Vaja Qaprindaşvili yaxın günlərdə evinə və sevdiklərinə qayıda biləcək.

Bu haqda bəyanatı Tomas Qreminger “Tvitter” vasitəsi ilə yayıb.

“Ümid edirəm ki, gürcü həkimi yaxın günlərdə sevdiklərinə qayıdacaq. Hər bir həbs edilmə faktına qarşı humanitar yanaşma ən əsasdır” – yazır Tomas Qreminger.

Xatırladaq ki, Tbilisidə yaşayan həkim Vaja Qaprindaşvili Sxinvali işğalçı rejiminin nümayəndələri tərəfindən, işğal edilmiş Orçosana kəndinin yanında noyabrın 9-da həbs edildi.