"Associated Press" - Qərbi Balkanlarda Avropa İttifaqı və ABŞ nümayəndələri Kosovo və Serbiyanı münasibətlərin normallaşması üçün dialoqu bərpa etməyə çağırıblar
"Associated Press" - Qərbi Balkanlarda Avropa İttifaqı və ABŞ nümayəndələri Kosovo və Serbiyanı münasibətlərin normallaşması üçün dialoqu bərpa etməyə çağırıblar

Qərbi Balkanlarda Avropa İttifaqı və ABŞ nümayəndələri Kosovo və Serbiyanı münasibətləri normallaşdırmaq üçün dialoqu bərpa etməyə çağırıblar. Bu barədə “Associated Press” məlumat yayır.

Avropa İttifaqının Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ-ın Qərbi Balkanlar üzrə nümayəndəsi Qabriel Eskobar Kosovonun qismən tanınan hökumətinin başçısı Albin Kurti, daha sonra isə Serbiya prezidenti Aleksandr Vuçiç ilə görüşüb. “Associated Press” xəbər verir ki, qonaqları Almaniya, Fransa və İtaliyadan yüksək səviyyəli diplomatlar müşayiət edib və bu, Qərbin Balkan regionunda böhranla bağlı narahatlığını əks etdirir.

Medianın məlumatına əsasən, Kurtis ilə görüşdə qərbli diplomatlar silahlı şəxslərin Kosovo polisinə hücumunun açıq-aşkar və görünməmiş eskalasiya olduğunu, eyni zamanda münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıblar.

“Serbiya və Kosovo arasında dialoq olmasa, eskalasiya təkrarlana bilər”, – Avropa İttifaqının nümayəndəsi bildirib.

Xatırladırıq ki, sentyabrın 24-də Kosovonun şimalında, Zveçan şəhəri yaxınlığında qanunsuz silahlı qruplaşmanın hücumu nəticəsində bir kosovalı polis serjantı və üç hücumçu öldürülüb.