Asiya İnkişaf Bankı bu il Gürcüstanda 5 faizlik iqtisadi artım proqnoz edir
Asiya İnkişaf Bankı bu il Gürcüstanda 5 faizlik iqtisadi artım proqnoz edir

Asiya İnkişaf Bankı 2019-cu ildə, Gürcüstanda 5 faizlik iqtisadi inkişaf proqnoz edir, 2020-ci il üçün isə, bu rəqəmin biraz düşəcəyini və 4.9 faiz olacağını ehtimal edir.

Bu barədə bu gün yayılan “Asiya İnkişafının 2019-cu ilin müzakirəsi” adlı publikasiyasında deyilir.

Asiya İnkişaf Bankının məlumatına görə, 2019-cu və 2020-ci illərdə, iqtisadi artıma eksport və investisiyalar yardım edəcək.

Bankın göstəricilərinə görə, 2019-cu ildə, inflyasiya təqribən 3.2%-a qədər artacaq, 2020-ci ildə isə, 3.0%-a qədər azalacaq.

Kredit standartlarının sərtləşdirilməsi isə, kreditlərin artımını 2019-cu ildə 13.0%-ə qədər, 2020-ci ildə isə, 12.5%-ə qədər azaldacaq.