İvane Maçavariani - Asiya İnkişaf Bankı sıx partnyorlarımızdan biridir, pandemiya şəraitində onlarla əməkdaşlıq çox əhəmiyyətlidir
İvane Maçavariani - Asiya İnkişaf Bankı sıx partnyorlarımızdan biridir, pandemiya şəraitində onlarla əməkdaşlıq çox əhəmiyyətlidir

Asiya İnkişaf Bankı sıx partnyorlarımızdan biridir, pandemiya şəraitində onlarla əməkdaşlıq çox əhəmiyyətlidir, – bu barədə Maliyyə naziri, İvane Maçavariani Asiya İnkişaf Bank ilə borc razılaşmasını imzaladıqdan sonra bəyan etdi.

Borc razılaşması çərçivəsində, Asiya İnkişaf Bankından “COVID-19” üzrə fövqəladə münasibət və xərclərə dəstək proqramının həyata keçirilməsi üçün, Gürcüstan 92,302,000 avro miqdarında maliyyə resursunu alacaq.

Sənədi Asiya İnkişaf Bankı tərəfindən Gürcüstanda bankın daimi nümayəndəliyinin direktoru, Şeyn Rozental imzaladı.

Asiya İnkişaf Bank 100 milyon ABŞ dolları miqdarında maliyyə resursunu Gürcüstan üçün cari ilin mayın 28-də təsdiq etdi.