Arçil Talakvadze - Məlumatımız var ki, müxalifət partiyaları ikinci tura hazırlaşırlar

Məlumatımız var ki, müxalifət partiyaları majoritar məntəqələrdə ikinci tura hazırlaşırlar, – bu barədə bəyanatı parlamentin sədri Arçil Talakvadze “Gecə kuryeri” proqramının efirində verdi.

“Onların qərargahlarında fəal hazırlıq işləri aparılır. Müəyyən reklam materialları yeniləndi və bu pozitiv bir mühitdir” – dedi Arçil Talakvadze.

Parlamentin sədri bu hazırlığın dünənki görüşün nəticəsi olub-olmadığını konkretləşdirmədi.

“Dünənki görüş çərçivəsində müzakirə olunan məsələlər haqqında konkret məlumat vermək istəmirəm, çünki  bütün tərəflər razılaşdılar ki, müzakirə edilən məsələlər ictimailəşdirilməyəcək.

“Düşünürəm ki, ictimaiyyətimizə öz şərtlərini qoruya bilməyən və öz sözünə sadiq olmayan bir iqtidar lazım deyil” – dedi Arçil Talakvadze.