Arçil Talakvadze - Mədəniyyət Naziri vəzifəsi ilə bağlı qərar hazırlanıb, ancaq kimliyini sadəcə baş nazir açıqlaya bilər
Biz mədəniyyət sahəsinə söz verdik ki, mədəniyyət sahəsini ayrıca bir idarə edəcəyik, – bu bəyanatı parlamentin sədri Arçil Talakvadze verdi.
Onun dediyinə görə, Mədəniyyət nazirinin namizədi ilə bağlı dəstədə konsultasiyalar keçirildi və namizəd hazırdır.
“Mədəniyyət sahəsinin əməkdaşları bizə deyirdilər ki, bu sahəyə daha böyük diqqət yetirilməlidir və və biz də söz verdik ki, Mədəniyyət Nazirliyi yenidən ayrı bir idarə olacaq. Nazir namizədi də hazırdır, ancaq onun kim olduğunu yaxın günlərdə baş nazir açıqlayacaq” – dedi parlamentin sədri Arçil Talakvadze.