Arçil Talakvadze - Kilid asmaqla məşğul olan müxalifətçilərə müraciət edirik ki, normal siyasi proseslərə qayıtsınlar

Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze küçədə etiraz aksiyaları keçirən parlament müxalifətinə yenə bir daha müraciət edir ki, normal siyasi proseslərə qayıtsınlar.

Jurnalistlərlə söhbət zamanı, Arçil Talakvadze müxalifət tərəfindən dövlət idarələrinin piketlənməsi kimi hərəkətlərə səsləndi.

“Destruksiya aksiyaları və qapılara kilid asmaqla məşğul olan müxalifətçilərə müraciət edirik ki, normal siyasi proseslərə qayıtsınlar və qanun tərəfindən onlara verilən imkanlardan istifadə etsinlər – parlament formatlarında, siyasi debatlarda, komitə müzakirələrində və fraksiyalar arasındaki görüşlərdə iştirak etsinlər. Piketləri və partizan aksiyalarını buraxıb, önəmli məsələlərin müzakirəsində iştirak etsələr daha yaxşı olar, çünki 2020-ci ilin parlament seçkilərinə hazırlanmaq lazımdır” – dedi Arçil Talakvadze.