Arçil Talakvadze - Çalışırıq ki, parlamentə seçki qanunvericiliyini dəyiştirmək üçün yetərli sayda siyasətçi daxil olsun

İmzaladığımız sənəd digər müxalifətçilər üçün də açıqdır, – bu bəyanatı parlamentin sədri Arçil Talakvadze “Gürcü Arzusu” və “Vətəndaşlar” partiyası arasında qoyulan sənədlə bağlı verdi.

Onun dediyinə görə, razılaşma seçki dəyişiklikləri ilə bağlıdır.

“Çalışırıq ki, parlamentə seçki qanunvericiliyini dəyiştirmək üçün yetərli sayda siyasətçi daxil olsun” – dedi Arçil Talakvadze.

Talakvadze bəyan edir ki, seçki qanunvericiliyindəki dəyişikliklərin qəbul edilməsi üçün 113 deputatın səsi lazımdır və digər partiyalarla da danışıqlar davam edir.