Arçil Talakvadze - İyunun 18-dən parlament konstitusiya dəyişikliklərinin müzakirə prosesinə keçir və bu deməkdir ki, səs vermə də iyun ayında keçiriləcək
İyunun 18-də konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi üçün ayrılan vaxt başa çatır, – bu barədə bəyanatı parlamentin sədri Arçil Talakvadze büro iclasında verdi.
Onun dediyinə görə, sabah konstitusiya dəyişikliklərinin ikinci ictimai müzakirəsi aparılacaq.
“Praktiki olaraq, iyunun 18-dən parlament bu məsələnin müzakirəsinə keçir və bu deməkdir ki, səs vermə prosesi də elə iyunda keçiriləcək və seçki sistemi qanunvericilik səviyyəsində qəbul edəcək” – dedi Arçil Talakvadze.
Konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi Gürcüstanın Birinci Kanalının efirində iyunun 4-də keçirildi.