Arçil Talakvadze - İqtidar üzərinə məsuliyyət götürəcək ki, 2020-ci ilin seçkiləri demokratik və azad şəkildə keçirilsin
“Biz partnyorlarımızın tövsiyyələrini nəzərə alacağıq. Müxalifətlə görüşməmiz də onların fikri idi. İqtidar bu görüş üçün hazırdır”, – bu bəyanatı parlamentin sədri Arçil Talakvadze seçki sistemi ilə bağlı iqtidar partiyası və müxalifət nümayəndələri ilə görüş başlayana qədər verdi.
Onun dediyinə görə, iqtidar müxalifətin arqumentlərini və təkliflərini dinləməyə hazırdır.
“Düşünürəm ki, bu görüş normal siyasi proseslərə qayıtmamıza yardımçı olacaq. Bu günki görüşün əsas məqsədi iqtidar və müxalifət arasında arqumentlərin mübadiləsidir” – dedi parlamentin sədri
Onun dediyinə görə, iqtidar müxalifət nümayəndələrini danışıqlara daha öncə də dəfələrlə çağırıb..
İqtidarla müxalifət nümayəndələri arasındaki görüş “Biltmor” mehmanxanasında, xarici diplomatların iştirakı ilə keçirilir.