Arçil Talakvadze - Həmkarlarıma müraciət edirəm - zorakılığı buraxıb, sakitliyimizi qoruyaq

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze “Milli Hərəkat” fraksiyasının üzvü Roman Qotsiridze və parlament əksəriyyətinin üzvü Daçi Beraia arasında baş verən fiziki qarşıdurmaya səsləndi.

Talakvadze həmkarlarını sakitliklərini qotumağa çağırdı.

“Təəssüf ki, parlamentə kimyəvi hücumun edildiyi bir vəziyyətdə, opponentlərimiz kinayəli bəyanatlar verirlər. Belə hərəkətlər onların qanunverici orqana və qanuna olan qeyri-ciddi münasibətlərini göstərir.

Mən parlamentin sədri olaraq, hərhansı zorakılığa qarşı çıxıram və həmkarlarımızı sakitliklərini qorumağa çağırırıram” – dedi Talakvadze.