Arçil Talakvadze - Gürcüsatn iqtidarı kimsəyə ölkə demokratiyasına hücüm etmək imkanını verməyəcək
“Partiya tərəfindən ictimai fikrin öyrənilməsi adı ilə, sorğu kitabçasında vətəndaşlara destabilizasiya və gücdən istifadə etməyi təklif etmək birbaşa olmasa da, sakit və demokratik seçki ideyasına hücumdur və gələcəyimiz üçün təhlükə yaradır”, – bu bəyanatla Gürcüstan parlamentinin sədri Arçil Talakvadze “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidzenin bəyanatına səslənir, hansında Kobaxidze deyir ki, radikal müxalifət tərəfindən “İPM”-ə sifariş edilən tədqiqat kitabçasında, bir cavab variantı olaraq, vətəndaşlara silahdan istifadə etmək təklif olunur və bu da hərhansı çərçivədən kənara çıxmaq kimi dəyərləndirilməlidir.
“Bu metodologiya ilə sorğulanan vətəndaşlarımızın da müvafiq reaksiyaları olub və şok olublar, çünki bu məlumat daha sonra ictimailəşdirilib.
Biz ümid edirik ki, beynəlxalq təşkilatlar bu fakta müvafiq reaksiya verəcəklər.
Gürcüstan iqtidarı kimsəyə ölkə demokratiyasına hücum etmək imkanını verməyəcək” – bəyan edir Arçil Talakvadze.