Arçil Talakvadze - Əsassız olaraq, yenidən seçkilər keçirilən dövlət stabil ola bilməz və buna demokratiya deyilməz

Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin dediyinə görə, son parlament seçkiləri, hansının nəticəsi olaraq, parlamentə doqquz siyasi partiya daxil olmalıdır, hərhansı plebissitdən vacibdir.

Onun dediyinə görə, “Gürcü Arzusu” prinsiplərin və qanunun aliliyi əsas olan bir dövlət inşaat edir.

“Siz elə bir ölkədə mi yaşamaq istəyirsiniz, harda müxalifətin bəyənmədiyi seçkilər yenidən keçiriləcək?

Plebissit keçirilsə, ölkə yenə bir il ərzində qarışıqlıqda olacaq. Bu seçkilər plebissitdən çox daha vacibdir. Seçkilərə iki milyon vətəndaş gəldi və nəticədə parlamentə doqquz partiya seçildi.

Burada bir nyuans var, müxalifətin tələblərinə bir əsas lazımdır. Əsassız olaraq, müxalifətin istəyi ilə yenidən seçkilər keçirilən bir dövlət stabil ola bilməz və demokratiya adlana bilməz”, – dedi Arçil Talakvadze.