Arçil Talakvadze Azərbaycanın Gürcüstandaki səfiri ilə görüşdü

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Azərbaycanın Gürcüstana yeni təyin olunan səfiri Faiq Quliyev ilə görüşdü.

Tanışlıq xarakteri daşıyan görüşdə tərəflər iki ölkə arasında mövcud olan tarixi dostluq və partnyorluq əlaqələri ilə bağlı söhbət etdilər və əsas diqqət parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə toxundu.

Həmçinin, tərəflər regionda sülh və təhlükəsizliyin əhəmiyyəti haqqında söhbət etdilər.

Gürcüstan parlamentinin sədri səfirə fəaliyyətində müvəffəqiyyətlər arzuladı və əməkədaşlıq üçün hazır olduğunu bildirdi.

Bu haqda məlumatı parlamentin mətbuat xidməti yayır.